KOBİA auditor seçib

İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafi Agentliyi (KOBİA) 2024-cü il üzrə illik maliyyə hesabatının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
"Cebheinfo.az" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "NR Proaudit" MMC-dir.
Qalib şirkətə 5 min manat ödəniləcək.
KOBİA-nın 2023-cü il üzrə illik maliyyə hesabatının auditini “SR Audit Solitions" MMC aparıb. Bunun üçün şirkətə 15 min manat ödənilib.
"Cebheinfo.az"