KİV: İsrail İranın Fordodakı nüvə obyektinə zərbələr endirə bilər

İsrail yaxın 72 saat ərzində Fordodakı nüvə obyektinə hücum edə bilər.
"Cebheinfo.az" "Ynet"-ə istinadən xəbər verir ki, İsrailin təhlükəsizlik xidmətlərində çalışan iki mənbə İran müxalifəti ilə əlaqəli olan “Iran International” xəbər saytına bildiriblər ki, əgər ABŞ Fordodakı nüvə obyektini məhv etməsə, “İsrail təkbaşına yaxın 72 saat ərzində hücuma keçə bilər”.
Mənbələrin sözlərinə görə, İsrail həmin obyektin nüvə silahı üçün potensial təhlükə daşıdığına görə onun ABŞ tərəfindən vurulmasını istəyir.
Amma Fordodakı nüvə obyekti ABŞ tərəfindən vurulmasa, o zaman İsrail əldə etdiyi hərbi üstünlükdən istifadə edərək bu hücumu təkbaşına da həyata keçirə bilər.
Səbinə Uğur
"Cebheinfo.az"