Rusiyadan xəbərdarlıq: Nüvə təhlükəsi artır

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin İrandakı nüvə obyektlərinə hücumunun nüvə fəlakəti təhlükəsini artırdığını ifadə edərək, "Bu, təkcə region üçün deyil, bütün dünya üçün fəlakət ola bilər.
Bu, çox təhlükəli vəziyyətdir" deyə xəbərdarlıq edib.
"Cebheinfo.az" xəbər verir ki, Zaxarova Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində təşkil olunan Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) 19-cu Baş Assambleyasının iclasında iştirak edib.
Görüşdə çıxış edən Zaxarova İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişəyə diqqət çəkib və bu məsələnin sülh, siyasi və diplomatik üsullarla həll edilməsinin vacibliyini vurğulayıb:
"Danışıq masasına qayıtmalıyıq. Bunun üçün Rusiya Prezidenti Vladimir Putin İsrail, İran və digər ölkələrlə təmaslarını davam etdirir. Bu mövzuda bütün regional və qeyri-regional ölkələrlə hər sahədə işimizi davam etdiririk".
Hücumların ABŞ və İran arasında Omanda planlaşdırılan birbaşa olmayan danışıqlardan əvvəl başladığını qeyd edən Zaxarova bunun bu danışıqların qarşısını almaq üçün edildiyinə işarə edib.
Nigar Hacılı
"Cebheinfo.az"