Bakıda gecə klubu karantinə alındı: Qəfəsdə zombilər aşkarlandı - FOTOLAR

Bakıda gecə klubu karantinə alındı: Qəfəsdə zombilər aşkarlandı - FOTOLAR

Bakının mərkəzində yerləşən “Pasifico” klubunda "Park Cinema" tərəfindən “28 il sonra” filminin şərəfinə unudulmaz post-apokaliptik gecə keçirildi. 

"Cebheinfo.az" xəbər verir ki, gecədə KİV nümayəndələri, tanınmış blogerlər, aktyorlar, mədəniyyət və incəsənət xadimləri iştirak etdilər. 

Qonaqlar tədbirə daxil olarkən xüsusi yoxlanışlardan keçdi — hərarət ölçümü, metallodetektorlar, “zombi infeksiyası” müəyyən olunması və s.

Klubun içində isə hər şey filmin stilində davam edirdi. Səhnədə şoumen və Bakının ilk “zombi tərbiyəçisi” Rəsul Həsənov qonaqları salamladı və səhnəyə ifaçı Natavan Quliyevanı dəvət etdi. Möhtəşəm canlı ifadan dərhal sonra xüsusi ağ geyimdə insanlar zəncirlərlə bağlanılmış və zombi virusuna yoluxmuş balerinanı səhnəyə gətirdilər. Şoumen iddia etdi ki, o, zombiləri idarə edə bilir və elə həmin anda balerina zombiyə inanılmaz hərəkətlər etdirərək bunu sübut etdi.

Səhnədə gərginlik artarkən qəfildən zombi obrazında “GAGA” rok qrupu və “Madhuskies” rəqs kollektivi çıxış edərək atmosferi tamamilə dəyişdi. Bakı gecəsi distopik film atmosferinə çevrildi.

Gecənin yekununda Park Cinemanın Marketinq direktoru Üzeyir Abdullayev və PR meneceri Anar Eyvazov səhnəyə çıxaraq, “Yaradıcı” və “Infinix Azerbaijan”ın təşkilatı dəstəyi ilə “1 dəqiqəlik film” adlı xüsusi müsabiqənin startını elan etdilər. 

Müsabiqə “28 il sonra” – tamamilə smartfonla çəkilmiş ilk Hollivud filmi münasibətilə keçirilir. İştirak etmək üçün bahalı kameraya və ya avadanlığa ehtiyac yoxdur — sadəcə yaradıcı ideya və bir smartfon kifayətdir. Qalib Infinix Note 50 Pro smartfonu qazanacaq.

Ətraflı məlumat və müsabiqənin şərtləri üçün Park Cinemanın rəsmi Instagram səhifəsinə keçid edin.“28 il sonra” filmi hal hazırda Park Cinemada türk ingilis və rus dillərində nümayiş olunur.

Əfsanə Rəcəb
"Cebheinfo.az"