Azərbaycan millisi DÇ-də mübarizəni dayandırdı

Azərbaycan millisi DÇ-də mübarizəni dayandırdı

Bu gün Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatındaqarışıq komanda yarışları keçirilir.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan millisi də turnirdə qüvvəsini sınayıb. Komandamız 1/8 finalda Almaniya ilə qarşılaşıb.

Azərbycan yığması 1:4 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Millimizin heyətində yalnız Zelim Kotsoyev (+90 kq) qələbə qazanmağı bacarıb. Olimpiya çempionumuz Erik Abramova qalib gəlib.

Qeyd edək ki, bunadək fərdi yarışlarda Azərbaycan cüdoçuları Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq) və Zelim Kotsoyev (100 kq)  bürünc medal qazanıblar.

"Cebheinfo.az"