Qriqoryan delimitasiyadan DANIŞDI

Azərbaycanla sərhədin delimitasiyası üzrə Ermənistan Komissiyasının sədri, Baş nazirin müavini Mher Qriqoryan bəyan edib ki, hazırda növbəti görüşün tarixi, yeri və formatı ilə bağlı razılıq yoxdur.
“Cebheinfo.az” xəbər verir ki, Mher Qriqoryanın mətbuata bildirdiyinə görə, təmaslar var, lakin proses kifayət qədər mürəkkəbdir.
“Müvafiq olaraq, müəyyən hazırlıq işlərinə ehtiyac var ki, bu da hazırda aparılır. Amma prosesin ləngiməsi və ya sürətlənməsi ilə bağlı heç nə deyə bilməyəcəm”, - Qriqoryan belə deyib.
Müşfiq Abdulla
“Cebheinfo.az”