Trampın İran qərarının SƏBƏBİ

Trampın İran qərarının SƏBƏBİ

Amerikanın Prezidenti Donald Trampın İranın vurulmasıyla bağlı qərarı yubatmasının səbəbi bəlli olub. 

Tramp İranın ikinci Liviya ola biləcəyindən ehtiyatlanır. 

"Cebheinfo.az" xəbər verir ki,  bunu "The New York Post" öz mənbələrinə istinadən yazıb. Mənbə bildirib ki,  Tramp 2011-ci il hadisələrini tez-tez xatırlayır  və onların təkrarlanacağından qorxur. Mənbənin bildirdiyinə görə,  Tramp bu hadisələrin İranda da eyni vəziyyəti yarada biləcəyini tez-tez dilə gətirir. O, həmçinin İraq və Əfqanıstan olaylarını da unutmur və mümkün paralellər aparır. Xatırladaq ki, dünən yayılan məlumatlara görə, Tramp İranla bağlı qərarı 2 həftə sonra verəcək. 

Xəzər 
"Cebheinfo.az"