Qaxın tutulan icra başçısı nədə ittiham olunur? - YENİLƏNİB

Qaxın tutulan icra başçısı nədə ittiham olunur? - YENİLƏNİB

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Qax Rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı saxlanılan vəzifəli şəxslərin hansı qanunsuz əməllərdə təqsirli bilindiyi məlum olub.

"Cebheinfo.az" xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, Qax Rayon İcra hakimiyyətinin başçısı Musa Şəkiliyevlə bağlı vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə mənimsəmə və digər korrupsiya cinayətləri üzrə araşdırmalar gedir.

İstintaq Dövlət Təhlükəsizliyi Xidmətində aparılır.

***

14.59

Qax rayon İcra Hakimiyyətində əməliyyat keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, əməliyyatı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirib.

İlkin məlumata görə, Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev və müavinləri saxlanılıb.

Bundan başqa, əməliyyat zamanı daha bir neçə vəzifəli şəxsin saxlanıldığı bildirilir.

Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq news24.az saytı yayıb.

"Cebheinfo.az"