Fizioterapiya xidməti sığorta ilə neçə dəfə mümkündür? - RƏSMİ AÇIQLAMA

Bu gün TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub.
Mediatur çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Lətifova "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta üzrə fizioterapiya xidmətlərinə limit tətbiq olunur.
Onun sözlərinə görə, vətəndaş il ərzində bu xidmətlə bağlı tibb müəssisəsinə maksimum 30 dəfə müraciət edə bilər:
“Hər müraciət zamanı isə 3 dəfə fizioterapevtik tibbi xidmətdən yararlana bilər. Bu isə o deməkdir ki, bir şəxs il ərzində ümumilikdə 90 fizioterapevtik xidmət ala bilər. Vətəndaşlar limitli qaydada hər dəfə xəstəxanaya 30 dəfə müraciət edib 3 fizioterapevtik xidmətdən yararlana bilər".
Qeyd edək ki, 2024-2025-ci illər üzrə Qobustan Rayon Mərkəzi Xəstəxanasında ümumilikdə 12 minə yaxın vətəndaşa fizioterapevtik xidmət göstərilib.
Əfsanə Rəcəb
"Cebheinfo.az"