Müavinətlər və Prezident təqaüdləri üzrə nə qədər ödənilib?

Bu ilin 5 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən 491 min nəfərə sosial müavinət, 403 min nəfərə Prezidentin aylıq təqaüdü ödənilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, həmin dövrdə əhaliyə sosial müavinətlər üzrə 460, Prezident təqaüdləri üzrə 290 milyon manat ödənilib.
Yanvar-may aylarında 67 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən 789 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
"Cebheinfo.az"