Sabiq idarə rəisinin və iki zabitin məhkəməsi başlayır

Külli miqdarda rüşvət almaqda təqsirləndirilən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və idarənin iki zabitinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
İş hakim Fikrət Əliyevin icraatına verilib və məhkəmənin hazırlıq iclası avqustun 30-na təyin olunub.
İttihama görə, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıblar.
Aparılan istintaqla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin sabiq rəisi Ramin Şükürov və həmin idarənin Çağırış şöbəsinin baş zabiti Xalid Əzimov, zabit Emil Nəbiyevin rüşvət almasına əsaslı şübhələr yaranıb, onların barəsində Cinayət Məcəlləsinin 311.3.1 və 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham verilib.
Məhkəmənin qərarı ilə Ramin Şükürov həbs edilib, digər iki zabit barəsində isə ev dustaqlı qətimkan tədbiri seçilib.
"Cebheinfo.az"