Azərbaycandan Avropaya bu qədər qaz ixrac edilib

Azərbaycandan Avropaya tədarük edilən təbii qazın həcmi artıq 50 mlrd. kubmetrə çatıb.
"Cebheinfo.az" Energetika Nazirliyinə istinadən verdiyi məlumata görə, Cənub Qaz Dəhlizinin son komponenti olan Trans-Adriatik qaz kəməri (TAP) vasitəsilə Avropaya qaz nəqlinə başlanandan bu günə qədər ixrac həcmi əhəmiyyətli dərəcədə artmaqla yanaşı, Azərbaycanın qaz təchizatı coğrafiyası da genişlənib.
Bildirilir ki, Gürcüstan və Türkiyə ilə yanaşı, Avropanın 10 ölkəsi Azərbaycan qazı ilə təmin olunur.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Avropaya Azərbaycan qazının nəqlinə başlanılıb.
"Cebheinfo.az"