Ani Lorak Rusiya vətəndaşı oldu - FOTOLAR

Ani Lorak Rusiya vətəndaşı oldu - FOTOLAR

Ukrayna Xalq artisti Ani Lorak (əsl adı Karolina Kuek) Rusiya vətəndaşlığı alıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Müğənni Rusiya pasportunu iyunun 9-u alıb, sənəddə adı isə Karolina kimi qeyd olunub.

Mənbənin yazdığına görə, 47 yaşlı Lorak ötən ilin martında Rusiya vətəndaşlığı üçün müraciət edib. Bu ilin aprel ayında isə gizli şəkildə Ukrayna pasportunu dəyişdirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna pasportunu yeniləmiş Ani Lorakın Rusiyadakı konsertlərinin təxirə salındığı açıqlanmışdı. İyunun 13-dən 16-dək İrkutsk, Yujno-Saxalinsk, Xabarovsk və Vladivostokda baş tutmalı olan konsertlərin “təşkilatçıdan və sənətçidən asılı olmayan səbəblərə görə” baş tutmadığı bildirilirdi.

Müğənni 2014-cü ildən sonra Rusiyada daimi yaşayıb və nüfuzlu yaradıcılıq mükafatlarının qalibi olub.

"Cebheinfo.az"