İran keçmiş nazirin evini vurdu

İran keçmiş nazirin evini vurdu

İranın cavab hücumunda İsrailin keçmiş səhiyyə naziri Denni Navehin evinin də vurulduğu açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, “Kanal 12” televiziyası İranın son hücumlarında Navehin evinin vurulduğunu və ciddi ziyan gördüyünü bildirib.

“İsrael Bonds” adlı maliyyə şirkətinin də direktoru olan və xaricdə olduğu bildirilən Naveh “Bu gün evimizə ciddi ziyan dəyib və içəridəki insanlar möcüzə nəticəsində sağ qalıb” deyib.

Nigar Hacılı 
"Cebheinfo.az"