Xocalıda 351 nəfər məşğulluq tədbirlərinə cəlb olunub - FOTOLAR

Xocalıda 351 nəfər məşğulluq tədbirlərinə cəlb olunub - FOTOLAR

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı şəhəri və Xocalının Ballıca kəndinə köçürülmüş sakinlərdən artıq 351 şəxsi məşğulluq tədbirlərinə cəlb edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 333 şəxsin rayon ərazisində məşğulluğu təmin olunub (o cümlədən, rayona köçürülmüş sakinlərdən 71 nəfər üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb), 18 sakin isə peşə kurslarına cəlb edilib.

Hazırda daha bir qrup sakinin məşğulluğuna dəstək işləri aparılır. Onların məşğulluq imkanları qiymətləndirilir və cəlb olunacaqları məşğulluq proqramları müəyyənləşdirilir.

"Cebheinfo.az"