Baş Prokurorluqda yeni təyinat

Baş Prokurorluqda yeni təyinat

Baş Prokurorluğun Elm-Tədris Mərkəzinə yeni rəis təyin edilib.

"Cebheinfo.az" xəbər verir ki, müvafiq əmrlə bu vəzifəyə III dərəcəli dövlət ədliyyə müşaviri Fazil Həsənəliyev təyin edilib.

Fazil Həsənəliyev daha əvvəl Baş Prokurorluğun İstintaqa Nəzarət İdarəsinin rəisi idi.

Daha əvvəl o, Bakı şəhər prokurorunun birinci müavini, Gəncə şəhər prokuroru kimi vəzifələrdə çalışıb.

"Cebheinfo.az"