Kəşfiyyat İrandan xəbər alıb

Kəşfiyyat İrandan xəbər alıb

“ABŞ Milli Kəşfiyyat Xidmətində İranın nüvə silahı yaratmaq üzrə işləri bərpa etməsi barədə məlumat yoxdur”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Senatın Kəşfiyyat Komitəsinin sədr müavini Mark Uorner bildirib. O xatırladıb ki, hələ mart ayında qurumun direktoru Tulsi Qabbard “İran bomba yaratmaq üçün heç bir tədbir görməyib” demişdi: “Bu həftənin bazar ertəsi günü kəşfiyyat xəbərinin dəyişmədiyinə dair təsdiq aldıq”. 

Senator ABŞ Prezidenti Donald Trampın İranla bağlı siyasətini tənqid edərək, Ağ Ev rəhbərinin bütün kəşfiyyat məlumatlarına məhəl qoymadığını qeyd edib. "Tvitlər vasitəsilə xarici siyasət çılğınlıqdır. Amma bu adam belə edir", - senator qeyd edib. O, həmçinin etiraf edib ki, Vaşinqtonun İranla bağlı vəziyyətdə nə edəcəyi barədə heç bir fikri yoxdur: 

"Mən Kəşfiyyat Komitəsinin sədr müaviniyəm və mənim heç bir fikrim yoxdursa, Amerika xalqı nə bilir?" 

Bundan əvvəl Trampa Qabbardın İranın nüvə proqramı ilə bağlı açıqlaması xatırladılıb. Ancaq Ağ Evin rəhbəri bu barədə fikirləri rədd edib. “Onun nə dediyi mənə əhəmiyyətli deyil, düşünürəm ki, iranlılar nüvə silahı yaratmağa çox yaxın idilər”, - Tramp deyib.

Xəzər
“Cebheinfo.az”