Cəlilabad rayonunda müharibə iştirakçıları üçün məlumatlandırma sessiyası keçirilib - FOTOLAR

“Konstitusiya və Suverenlik İli” çərçivəsində “Demokratiyanı Öyrənmə” İctimai Birliyi 18 iyun 2025-ci il tarixdə Cəlilabad şəhərində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Müharibə iştirakçılarının hüquqlarının müdafiəsinə dəstək” layihəsi çərçivəsində müharibə iştirakçıları üçün məlumatlandırma sessiyası təşkil edib.
"Cebheinfo.az" xəbər verir ki, tədbir iştirakçılarını salamlayan DÖİB sədri Mirəli Hüseynov "Konstitusiya və Suverenlik İli"nə həsr olunan bu layihənin məqsədləri və layihə çərçivəsində hədəf qrupları olaraq müharibə iştirakçılarına təklif edilən xidmətlər haqqında məlumat vermişdir. O, hədəf qrupların hüquqi məlumatlılığının artırılması və hüquqlarının müdafiəsinin təşkilinə olan ehtiyacı nəzərə alaraq belə bir layihənin həyata keçirilməsinin onların problemlərinin həllinə və həyatlarının yaxşılaşmasına kömək etmək məqsədindən qaynaqlandığını vurğulamışdır. M. Hüseynov qanunvericiliyin müəyyən etdiyi üstünlüklərdən və müxtəlif dövlət sosial xidmətlərindən faydalanmaqla daha yaxşı yaşam şərtlərinə malik olmaq fürsətlərini iştirakçıların diqqətinə çatdırmışdır.
Ekspert Vüqar Hüseynov əsas məzmununu müharibə iştirakçılarının statusu, onların imtiyazları, güzəştləri və üstünlükləri məsələlərini təşkil edən mövzuda təqdimat etmiş və onların suallarını cavablandırmışdır.
Tədbir iştirakçıları həmçinin hüquqi yardım xidməti haqqında da məlumatlandırılıblar. Layihə hüquqşünası Vazeh Zahidov hüquqi yardımın əhatə çərçivəsi, predmeti, formaları və qəbul saatları ilə bağlı məlumat vermişdir. O, hüquqi problemi olan iştirakçıları fərdi qaydada dinləyərək onların problemi ilə tanış olmuş, məsləhətlər vermiş və hüquqi yardımın davam etdirilməsi üçün zəruri sənədləri götürmüşdür. Tədbir iştirakçılarına həmçinin tədbirdə iştirak edə bilməyən digər müharibə iştirakçılarının da hüquqi yardım xidmətinə müraciət edə bilmələri ilə qeyd edilmişdir.
"Cebheinfo.az"