İran ABŞ ilə birbaşa danışıqlara BAŞLAYIB

ABŞ-nin xüsusi elçisi Stiv Vitkof və İranın xarici işlər naziri Abbas Əraqçı İsrailin İrana zərbələr endirməyə başlamasından sonra bir neçə dəfə telefonla danışıblar.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə üç diplomat “Reuters” agentliyinə bildirib.
Diplomatlar bildiriblər ki, Əraqçı iniyunun 13-də başlayan hücumları dayandırmasa, Tehranın danışıqlara qayıtmayacağını deyib.
Onların sözlərinə görə, danışıqlarda ABŞ-nin mayın sonunda İrana çatdırdığı və İrandan kənarda regional uranın zənginləşdirilməsi konsorsiumunun yaradılması təklifinin qısa müzakirəsi də daxil edilib. Tehran hələlik bu təklifi rədd edib.
Telefon danışıqları ABŞ və İran apreldə danışıqlara başlayandan bəri ən əsaslı birbaşa danışıqlar olub.
Tehrana yaxın bir diplomat bildirib ki, Əraqçı Vitkofa Vaşinqtonun İsrailə müharibəni dayandırmaq üçün təzyiq edəcəyi halda, Tehranın “nüvə məsələsində çevik ola biləcəyini” deyib.
Avropalı diplomat deyib:
“Əraqçı Vitkoffa İranın nüvə danışıqlarına qayıtmağa hazır olduğunu, lakin İsrailin bombardmanlarını davam etdirəcəyi təqdirdə bunu edə bilməyəcəyini söyləyib.
İranın onilliklər boyu davam edən nüvə mübahisəsini müzakirə etmək üçün aprel ayından bəri beş raund yaxınlıq danışıqlarından sonra qısa görüşlər istisna olmaqla, iki nazir əvvəllər birbaşa təmasda olmayıblar.
Xəzər
“Cebheinfo.az”