Azərbaycan hərbçiləri Türkiyədə təlimdə iştirak edəcəklər

Azərbaycan hərbi qulluqçuları Türkiyənin Konya şəhərində keçiriləcək “Anadolu Qartalı” beynəlxalq hərbi təlimlərində iştirak edəcəklər.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
Təlimlərdə Azərbaycan və Türkiyə ilə yanaşı, ABŞ, Qətər, Macarıstan, Misir, Səudiyyə Ərəbistanı və İordiniyanın quru, dəniz və hava qoşunlarının şəxsi heyəti iştirak edəcək. Həmçinin Bolqarıstan, Braziliya, Malayziya, Mali və Nigeriya manevrlərdə müşahidəçi kimi təmsil olunacaq.
Təlimlər iyunun 23-dən iyulun 4-dək davam edəcək.
"Cebheinfo.az"