Tramp planı təsdiqlədi: İranın "ürəyi" vurulur                                  

Tramp planı təsdiqlədi: İranın "ürəyi" vurulur                                  

Bir çox mənbənin "CBS News"-a verdiyi məlumata görə, ABŞ Prezidenti Tramp İranın ən yaxşı mühafizə olunan nüvə obyekti "Fordo"nun bombalanmasının həm riskləri, həm də faydaları barədə məlumatlandırılıb.

"Cebheinfo.az" xəbər verir ki,  Tramp nisbətən qısa müddət ərzində silah istehsalı riskinə görə obyektin bağlanmasının zəruri olduğunu düşünür.

"O, çox seçim olduğunu düşünmür",- deyə bir mənbə bildirib: "Bağlamaq "Fordo"nu məhv etmək deməkdir."

Yüksək səviyyəli kəşfiyyatdakı mənbə və Müdafiə Nazirliyinin rəsmisi "CBS News"-a bildirib ki, Tramp çərşənbə axşamı gecə İrana hücum planlarını təsdiqləyib, lakin ölkəyə zərbə endirmək və İsrailin hava kampaniyasına rəsmən qoşulub-qoşulmamaq barədə hələ yekun qərar verməyib. 

Xəzər 
"Cebheinfo.az"