“Regional cəhənnəm” başladı: Bu ölkə də müharibəyə qoşulur?

“Regional cəhənnəm” başladı: Bu ölkə də müharibəyə qoşulur?

ABŞ Prezidenti Donald Tramp İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulmağa qərar verərsə, İtaliya ABŞ-ı öz ərazisində hərbi bazalarla təmin edə bilər.

“Cebheinfo.az” xəbər verir ki, “La Repubblica” qəzeti belə yazır.

Adıçəkilən nəşr İtaliya hökumətindəki mənbələrə istinadən qeyd edir ki, hələlik tərəfdaşlardan belə bir müraciət daxil olmayıb.

Nəşrin yazdsığına görə, Roma ehtiyatla və diqqətlə davranır.

Çünki İraq və Livanda yerləşdirimiş İtalyan kontingenti İsraili dəstəkləsə, İranın digər ölkələrin bazalarının hədəfə alınacağı ilə bağlı xəbərdarlığı fonunda təhlükə altına düşə bilər.

Eyni zamanda, qəzet son qərarın Romada olsa belə, İtaliya hökumətinin Vaşinqtondan imtina edə bilməyəcəyinə diqqət çəkir.

Bu halda söhbət NATO-nun Aviano, Viçensa, Neapol və Siqonelladakı bazalarından (Siciliya adasında) gedir.

Kanadada keçirilən G7 sammitindən sonra mətbuat konfransı zamanı İtaliyanın Baş naziri Corcia Meloni bazaların mümkün istifadəsi ilə bağlı sualı cavablandırmaqdan yayınıb. 

“Vəziyyəti vaxtı gələndə dəyərləndirəcəyik. Belə qərarlar tələsik verilmir”, - deyə Baş nazir bildirib.

“La Repubblica” qeyd edir ki, istənilən halda Roma ABŞ-ın ilk növbədə Səudiyyə Ərəbistanı, Misir, Bəhreyndəki regional bazalarından istifadə edəcəyinə ümid edir.

Müşfiq Abdulla 
“Cebheinfo.az”