İsrailli jurnalistdən geri addım: “Sadəcə ağzımdan Türkiyə...”

İsraillə İran arasında 13 iyun tarixində başlayan müharibə yeddinci gününə qədəm qoyarkən, İsraildən Türkiyəyə yönəlik təxribat xarakterli açıqlama gəlib.
"Cebheinfo.az" xəbər verir ki, İsrailin “Kanal 13” televiziyasında yayımlanan proqramda çıxış edən israilli jurnalist Eyal Berkoviç İranla müharibəni futbol turniri ilə müqayisə edərək belə deyib:
"Dörddəbir finalda HƏMAS-la heç-heçə qaldıq və penaltilərlə udduq. Sonra yarımfinalda İranı məğlub etdik. İndi isə finalda rəqibimiz Türkiyədir".
Bu açıqlama sosial şəbəkələrdə geniş rezonans doğurub və Türkiyəyə qarşı açıq təhdid və təhrik kimi qiymətləndirilib.
Jurnalist ertəsi gün qatıldığı başqa bir proqramda geri addım atmağa məcbur qalıb.
O bildirib ki, Türkiyə ilə bağlı səsləndirdiyi fikirlər sadəcə zarafat xarakteri daşıyıb:
"Bu sadəcə bir zarafat idi. Türkiyə dedim, amma Misir də deyə bilərdim, başqa bir ölkə də ola bilərdi. Sadəcə ağzımdan Türkiyə çıxdı..."
Xatırladaq ki, Eyal Berkoviçin bu sözləri İsrailin bölgədə gərginliyi artıran ritorikasının bir nümunəsi kimi qiymətləndirilir.
Səbinə Uğur
"Cebheinfo.az"