Peskov: "ABŞ-nin müdaxiləsi müharibəni genişləndirər"

"ABŞ-nin İran-İsrail münaqişəsinə müdaxiləsi onun genişlənməsinə səbəb ola bilər".
"Cebheinfo.az" Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, həmçinin qeyd edib ki, Rusiya və İran arasında təmaslar müxtəlif səviyyələrdə həyata keçirilir.
"Müxtəlif səviyyələrdə, axı bizim tərəfdaşlıq münasibətlərimiz var: dialoq kanallarını nəzərə alaraq, ən müxtəlif səviyyələrdə. Prezident dünən dedi ki, bu təmaslar daimi olacaq", - o bildirib.
"Cebheinfo.az"