ABŞ vizası alacaq şəxslərin NƏZƏRİNƏ

ABŞ Dövlət Departamenti tələbə vizası üçün müraciət edən əcnəbi tələbələr üçün dayandırılmış prosesin yenidən başladığını açıqlayıb.
"Cebheinfo.az" "Politico"ya istinadən xəbər verir ki, xarici tələbələr üçün dayandırılmış viza müraciətləri yenidən açılıb, lakin müraciət edənlərdən sosial media hesablarını giriş üçün açıq saxlamaları tələb olunur.
Departament tərəfindən səfirlik və konsulluqlara göndərilən elanda onlara “siyasi fəallıq tarixi nümayiş etdirən abituriyentləri” qeyd etmək və “ABŞ-də belə fəaliyyətlərin davam etdirilməsi imkanlarını nəzərdən keçirmək” tapşırılıb.
Departament həmçinin, xarici nümayəndəliklərindən ABŞ-nin milli təhlükəsizliyinə təhdid, HƏMAS ilə əlaqələr və antisemitizm təqibləri kimi məsələlərlə bağlı ərizəçilərin vəziyyətini araşdırmağı xahiş edib.
Nigar Hacılı
"Cebheinfo.az"