“Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir - CANLI - YENİLƏNİR

Hazırda Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan Məhəlləsi”nin açılış mərasimi keçirilir.
"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan tədbirdə iştirak edirlər.
***
Mərasimdə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Sonra “Azərbaycan” məhəlləsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.
"Cebheinfo.az"