Rusiyalı nazirdən etiraf: “Tənəzzülün astanasındayıq”

Rusiyalı nazirdən etiraf: “Tənəzzülün astanasındayıq”

Rusiya iqtisadi inkişaf naziri Maksim Reşetnikov Rusiya iqtisadiyyatı ilə bağlı danışıb. 

O bildirib ki, iş dünyasının vəziyyətinə və onun göstəricilərinə nəzər saldıqda, Rusiyanın tənəzzül ərəfəsində olduğunu demək olar.

“Cebheinfo.az” xəbər verir ki, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF) çərçivəsində keçirilən “İqtisadiyyat üzrə tövsiyələr” adlı paneldə çıxış edib. Rusiya iqtisadiyyatının birinci rübdə güclü performans göstərməsinə baxmayaraq, investisiyaların artımının yavaşladığını qeyd edən Reşetnikov deyib: 

"Biz hazırkı faiz dərəcələrinin təkcə kreditlərlə yeni layihələrə girməyə deyil, həm də vəsait yatırmağa ciddi şəkildə mane olduğunu görürük". Reşetnikov Rusiya iqtisadiyyatının mövcud vəziyyəti ilə bağlı bildirib:

"İş dünyasının hazırkı durumuna və göstəricilərinə baxdıqda, mənə elə gəlir ki, tənəzzülə girmək ərəfəsindəyik". 

Sözügedən şərhin bir proqnoz olmadığını vurğulayan Reşetnikov " Hər şey davam edən prosesdə verəcəyimiz qərarlardan asılı olacaq",- deyib. 
Xatırladaq ki, Rusiya Mərkəzi Bankı iyunun 6-da keçirdiyi iclasda uçot dərəcəsini 2022-ci ilin sentyabrından bəri ilk dəfə olaraq 21 faizdən 20 faizə endirmişdi. 

Nigar 
“Cebheinfo.az”