Yaşar Gülər: Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək

Azərbaycanla qardaşlığımız davam etdikcə, əməkdaşlıq da genişlənəcək.
Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iki ölkə arasında müdafiə sənayesi sahəsində müəyyən işlər görülür.
Bundan başqa, Y.Gülər Van şəhərinə səfəri barədə danışıb:
“Hansısa təhdid olduğu üçün Vana getməmişdim. Sadəcə təhlükəsizlik tədbirləri ilə tanış olurdum”.
İsrail-İran qarşıdurmasına gəldikdə isə nazir vurğulayıb ki, Türkiyədə sərhəd təhlükəsi yoxdur.
"Cebheinfo.az"