Ermənistan-İran sərhədində uzun TIXAC

“Meğri keçid məntəqəsində avtomobillərin toplanması hazırkı hərbi vəziyyətlə bağlı deyil. Səbəb Ermənistanla İran arasında sərhəd-keçid məntəqələrində hazırda genişləndirilməkdə olan ərazinin və dayanacaqların böyüklüyüdür”.
“Cebheinfo.az” xəbər verir ki, bunu Syunik TV-yə müsahibəsində İranın Qafandakı baş konsulu Murtaza Abedin deyib.
"Hazırda İran keçid məntəqəsində 500-dən çox ermənilərə məxsus yük maşını Ermənistana daxil olmaq üçün gözləyir. Bu qədər avtomobil böyük tıxaclara səbəb olub, hətta əsas magistral yolu bağlayıb. Erməni sürücülər İran tərəfə keçir, maşınlarını park edərək öz evlərinə qayıdırlar.
İran tərəfi təklif edir ki, avtomobillərin yığılması zamanı ermənilərin yük maşınları İran keçid məntəqəsinə çatmamalı və erməni dayanacağında qalmalıdır, Ermənistan keçid məntəqəsində parklanma və qəbulda da məhdudiyyətlər var: gündə maksimum 100-120 yük maşını qəbul oluna bilər.
Bizim təklifimiz ondan ibarətdir ki, erməni yük maşınları yaxın günlərdə müvəqqəti olaraq İrana daxil olmaqdan çəkinsinlər və nəqliyyat vasitələrinin axını azalana qədər gözləsinlər.
Dayanacaqlar nisbətən boş olduqda, Ermənistan keçid məntəqəsinin tutumuna uyğun olaraq müəyyən sayda maşın İrana daxil ola biləcək”,-deyə o bildirib.
Xəzər
“Cebheinfo.az”