Tramp İrana qarşı müharibəyə qoşulur?

ABŞ Prezidenti Donald Tramp İrana zərbə endirmək əmri verərsə, “MAGA” (Amerikanı yenidən möhtəşəm edək) hərəkatndakı bəzi tərəfdarlarının dəstəyini itirə bilər.
“Cebheinfo.az”-ın məlumatına görə, “Bloomberg”-in əməkdaşı Andreas Klas belə yazıb.
Onun sözlərinə görə, Tramp kampaniya zamanı ölkəni Əfqanıstan, İraq və Liviyadakı kimi əbədi müharibələrə və uğursuz rejim dəyişikliyi əməliyyatlarına sürükləməyəcəyinə söz verdiyi üçün onu sülhməramlı kimi görənlərin dəstəyini itirəcək.
Bəzi Tramp tərəfdarları, o cümlədən jurnalist Taker Karlson, bloğer Çarli Kirk və Trampın keçmiş baş siyasi strateqi Stiv Bennon da daxil olmaqla, Vaşinqtonun Təl-Əviv və Tehran arasındakı münaqişəyə müdaxiləsinə qarşı olduqlarına dair artıq öz fikirlərini bildiriblər.
Müşfiq Abdulla
“Cebheinfo.az”