Ucar sakinini ilan sancıb

Ucar rayon sakinini ilan sancıb.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir rayonu ərazisində baş verib. Ucar rayonunun Təzə Şilyan kənd sakini, 1989-cu il təvəllüdlü Elşən Məmmədovu ilan sancıb. O, Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinə müvafiq olaraq Bakıdakı Toksikologiya Mərkəzinə göndərilib.
"Cebheinfo.az"