AMB: "Cari əməliyyatlar profisiti 1 milyard dolları ötüb"

Cari ilin birinci rübü Azərbaycan iqtisadiyyatı üçün əlverişli xarici mühit formalaşıb. Bu dövrdə xarici ticarət balansında 2,4 milyon dollarlıq profisit formalaşıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının (AMB) Statistika departamentinin direktoru Samir Nəsirov cari ilin birinci rübü üzrə tədiyə balansının təqdimatına dair keçirilən brifinqdə deyib.
O bildirib ki, cari əməliyyatlar balansının profisiti 1,1 milyard dollar olub.
"Cebheinfo.az"