Müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb

2024-2025-ci tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin və tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı açıqlanıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.
Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əməkhaqqı 1065 manat manat, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin orta aylıq əməkhaqqı 648 manat təşkil edib.
"Cebheinfo.az"