"Səbail"dən ayrılan futbolçu "Karvan"a keçib

"Karvan" klubu "Səbail"dən ayrılan futbolçu Süleyman Əhmədovu heyətinə qatıb.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Karvan" 2024/2025 mövsümündə I Liqada üçüncü yeri tutaraq Premyer Liqaya vəsiqə qazanıb.
"Cebheinfo.az"