Kasıb uşaqlarının yataq otağında etdikləri İLK ŞEY

Kasıb uşaqlarının yataq otağında etdikləri İLK ŞEY

Yaxşı yuxu insanların, xüsusilə də yeniyetmələrin fiziki sağlamlığı, zehni inkişafı və akademik uğurları üçün həyati əhəmiyyət kəsb edir. 

Lakin müasir cəmiyyətlərin ən böyük problemlərdən biri də uşaqların çoxunun normal yuxu yatmamasıdır. Araşdırmalar göstərir ki, uşaqların telefon həvəsi onları yuxusuz qoyur. 

“Cebheinfo.az” xəbər verir ki, “EurekAlert” də son hesabatında bu məsələyə toxunub.

Mütəxəssislər yeniyetmələrin yatmazdan əvvəl ekranlardan necə istifadə etdiyini və bunun yuxu pozğunluqları və yuxu müddəti ilə necə əlaqəli olduğunu öyrəniblər.

Tədqiqatçılar müəyyən ediblər ki, yeniyetmələrin 70 %-dən çoxunun yataq otağında internetə qoşulan telefonu var və təxminən 25 %-i bildirişlərlə yuxudan oyanır. Əgər onlar gecənin ortasında yuxudan oyanıblarsa, 28 %-i yuxuya getməzdən əvvəl telefonuna baxıb, mesaj yazıb.

Bu isə onların zehni rahatlığını pozur və davranışlarına təsir edir.

Mütəxəssislər deyirlər ki, yataq otağında etməli olduğunuz ilk şey telefonu söndürməkdir.   

Beləliklə siz yuxunuzu qoruya bilərsiniz. Sutka ərzində tələb olunan azı 8 saatlıq yuxu növbəti gün üçün uğurlaırn əsası ola bilər.  Amma əgər  gecə yuxudan oyanırsınızsa, telefonunuzu yoxlamaq istəyinizi boğun, əlinizi telefona uzatmayın. Bir müddət telefona belə dirəniş göstərsəniz, vərdış halına gələcək.

Çünki aparılan tədqiqatlar ekrandan istifadə vərdişlərində və onların yuxu keyfiyyətinə təsirində sosyodemoqrafik fərqlər aşkar edib. İrqi və etnik azlıqlardan olan yeniyetmələr öz yaşıdlarına nisbətən yatmazdan əvvəl telefondan daha tez-tez istifadə etdiklərini bildiriblər. 

Sosial-iqtisadi vəziyyətlə bağlı fərqlər də aşkar edilib. Belə ki, aşağıgəlirli  ailələrin və təhsilsiz valideynlərin uşaqları yatmazdan əvvəl daha tez-tez telefondan istifadə edirlər. Bu isə fiziki və psixi pozğunluqlar, zəif akademik performans və pis rifah riskinin artması ilə əlaqələndirilir.

Xəzər
“Cebheinfo.az”