Baş məşqçi instaqramda elan verdi: Gündəm oldu - FOTO

Baş məşqçi instaqramda elan verdi: Gündəm oldu - FOTO

İkinci liqada mübarizə aparan “Şəmkir” klubunun baş məşqçisi Vüqar Nadirovun instaqramda etdiyi paylaşım gündəm olub.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, “Qarabağ”ın və Azərbaycan yığmasının sabiq futbolçusu elan verərək komandasına futbolçu axtardığını bildirib. 

O, bunun üçün seçimlər edəcəyini də açıqlayıb:

Şəmkir” klubu 2025/2026 mövsümü üçün “Şəfa” stadionunda 3 günlük seçimlər keçirəcək. Seçimlərdə iştirak etmək istəyənlər əlaqə saxlasınlar. Artıq çəkisi olan, eləcə də əyləncə məqsədilə gələnlər narahat etməsinlər”.

Vüqar Nadirov saytımıza açıqlamasında seçimlərdən yaxşı futbolçular çıxdığını bildirib:

“Bəzən seçimlərdən keyfiyyətli futbolçular çıxır. Biz komandanın özəyini saxlamışıq, amma yeni oyunçulara ehtiyacımız var. Bunun üçün də seçimlər edəcəyik. Artıq büdcə bəllidir və işlərə başlamışıq”. (qafqazinfo

​​​​​​"Cebheinfo.az"