Mədəniyyət Nazirliyində yeni müdir təyinatı olub

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinə yeni müdir təyinatı olub.
"Cebheinfo.az" xəbər verir ki, bu posta Vasif Qurbanzadə təyin edilib.
Mədəniyyət Nazirliyindən “Report”a təyinat xəbərini təsdiqləyiblər: “Bununla bağlı mədəniyyət naziri Adil Kərimli müvafiq əmr imzalayıb”.
Qeyd edək ki, Vasif Qurbanzadə bu vəzifədə Akif Maariflini əvəzləyib. O bundan öncə Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional İdarəsində rəis kimi çalışıb.
A.Maarifli isə bir müddət öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə rəhbər təyin olunub.
"Cebheinfo.az"