Mixail Qusman İlham Əliyevlə bağlı konfrans keçirməyi təklif edib

Mixail Qusman İlham Əliyevlə bağlı konfrans keçirməyi təklif edib

TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman cari ilin noyabrında Azərbaycan Prezidenti İlham Əliyevin medianın inkişafındakı rolu haqqında konfrans keçirməyi təklif edib.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, M.Qusman bunu Bakıda “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilən konfransda bildirib.

"Bu ilin noyabrında Azərbaycanın böyük qələbəsinin 5 ili tamam olacaq. Bu barədə danışacaqlar, yazacaqlar. Lakin mən Azərbaycan rəhbərliyinə müraciət etmək istərdim. Noyabrda Prezident İlham Əliyevin medianın inkişafındakı rolu haqqında konfrans keçirmək yaxşı olardı. Bu, çox ədalətli və lazımlı konfrans olacaq", - o qeyd edib.

M.Qusman xatırladıb ki, 44 günlük müharibə zamanı İlham Əliyev 26 müsahibə verib: "Bu, fantastik peşəkar jurnalist diplomatiyasının ən böyük nümunəsidir".

​​​​​​"Cebheinfo.az"