Bu ölkədə 6 gün matəm olacaq

Bu ölkədə 6 gün matəm olacaq

Cənubi Afrikada 3 iyulda vəfat edən sabiq vitse-prezident David Mabuza üçün 6 günlük milli matəm elan edildiyi bildirilib. 

"Cebheinfo.az" xəbər verir ki, Prezident Aparatının yazılı açıqlamasına görə, ötən həftə 64 yaşında dünyasını dəyişən Mabuzanın cənazəsi 12 iyul tarixində Mpumalanga əyalətində keçiriləcək rəsmi dəfn mərasimi ilə torpağa tapşırılacaq. 

Açıqlamada bildirilib ki, Prezident Cyril Ramafosa 7–12 iyul tarixləri arasında Mabuzanın xatirəsinə milli matəm elan edib. Xatırladaq ki, Cənubi Afrika siyasətində tanınmış simalardan biri olan Mabuza 2018–2023-cü illər arasında vitse-prezident vəzifəsində çalışmışdı. 

Nigar Hacılı 
"Cebheinfo.az"