Baş qərargah rəisləri görüşdü - YENİLƏNİB

Baş qərargah rəisləri görüşdü - YENİLƏNİB

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyindən verilən xəbərə görə, səfər çərçivəsində general-polkovnik Kərim Vəliyev Səudiyyə Ərəbistanı Krallığı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili ilə görüşüb.

Görüşdən əvvəl Krallığın Baş Qərargahında rəsmi qarşılanma mərasimi təşkil olunub.

Baş Qərargah rəisləri fəxri qarovul dəstəsinin önündən keçib, hər iki ölkənin Dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq “Şərəf kitabı” imzalanıb.

Sonra nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş keçirilib, iki ölkə orduları arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Tərəflər hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa və maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

12:53

Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Fəyyad Əl-Ruvayli Azərbaycan Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşüb.

Bununla bağlı Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi məlumat yayıb.

Görüş zamanı ikitərəfli əlaqələrə nəzər salınıb, müdafiə və hərbi sahələrdə birgə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib, həmçinin ümumi maraq doğuran bir sıra mövzular müzakirə edilib.

​​​​​​"Cebheinfo.az"