Natiq Məmmədli: "Ümummilli Liderin mediaya münasibəti bir nümunədir"

"Ümummilli lider Heydər Əliyevin mediaya münasibəti bir nümunədir".
"Cebheinfo.az" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli "Medianın inkişafında ümummilli lider Heydər Əliyevin rolu" adlı konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Heydər Əliyev hakimiyyətinin bütün mərhələlərində jurnalistlərin ən yaxın dostu olub və onlara böyük etimad göstərib:
"Ulu öndər Heydər Əliyev jurnalistika peşəsinə daim yüksək qiymət verib. Bu gün də Azərbaycan jurnalistləri ulu öndərin parlaq və işıqlı duyğularını xatırlayırlar".
"Cebheinfo.az"