Abonentlərin ayda əlavə ödəyəcəyi sabit tarif: Azı 5,5 milyon manat...

Abonentlərin ayda əlavə ödəyəcəyi sabit tarif: Azı 5,5 milyon manat...

Azərbaycanda elektrik enerisi və qazla əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.

"Cebheinfo.az" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” və “Qaz təchizatı haqqında”  qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.

Qanun layihəsi elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifin tətbiqi məqsədilə hazırlanıb.

Qaz təchizatı sektorunda da tənzimlənən qiymətlər (tariflər) müəyyənləşir, bu sıraya sabit tarif daxil edilir.

Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) 2028-ci il iyulun 1-dən tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.

“Qazla əlaqədar sabit tarifin tətbiqində əsas məqsəd xidmətin keyfiyyətinin artırılmasıdır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında "Qaz təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı energetika nazirinin müavini Orxan Zeynallı deyib.

O bildirib ki, aylıq sabit tarif hər bir abonent üçün 1 manatı aşmayacaq.

“Cebheinfo.az” xəbər verir ki, Azərbaycanda sabit tarifdən əldə ediləcək gəlir heç də az məbləğ olmayacaq. Bunu abonent sayı da təsdiqləyir. 

Abonentlərin sayı ilə bağlı 2025-c ili əhatə edən satistika hələ olmasa da, əvvəlki illrin sttistikası bunu təsdiq edir. Rəqəmlər belədir:

“Azərişıq” abonent sayı 2 937 601 (2023-cü il)
“Azəriqaz” abonent sayı 2 555 679 (2024-cü il)
“Azərsu” abonent sayı 1 823 757 (2024-cü il).

Hər abonent üçün ödəniləcək sabit məbləğin 1 manat olacağını nəzərə alsaq, bu ayda azı 5,5 milyon manat deməkdir.

Xəzər
“Cebheinfo.az”