Kriptovalyuta bazarının son göstəriciləri

Kriptovalyuta bazarının son göstəriciləri

İyul ayının 8-də kriptovalyuta birjalarında "Bitcoin"in qiyməti cüzi azalıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, dünyanın ən bahalı kriptovalyutası Bakı vaxtı ilə saat 09:50-də “CoinMarketCap” platformasında 0.95% ucuzlaşaraq 108 141 ABŞ dolları təşkil edib.

Son bir gündə "Ethereum"un qiymətində də azalma müşahidə edilib. Sözügedən kriptovalyutanın dəyəri 0.91% azalaraq 2550 ABŞ dollarına bərabər olub. İlk beşlikdə olan XRP son sutkada 0.17% bahalaşıb, BNB isə 0.22% ucuzlaşıb.

Qeyd edək ki, "Bitcoin"in ən yüksək qiyməti bu il mayın 22-də qeydə alınıb və qiyməti 110 min dolları ötüb.

​​​​​​"Cebheinfo.az"