MÜTDA: “MİQ-in test mərhələsində davamiyyət 81 faizdir”

MÜTDA: “MİQ-in test mərhələsində davamiyyət 81 faizdir”

“Üç gündür davam edən imtahan prosesi sabah və növbəti gün də keçiriləcək. 70 minə yaxın müraciətin daxil olması müəllimlik peşəsinə marağın artmasından xəbər verir”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor müavini Vəfa Yaqublu deyib.

O bildirib ki, gənclər arasında bu peşəyə marağın çoxalması müəllim nüfuzunun artması və əməyinin rəğbətləndirilməsi ilə bağlıdır:

“Əgər siz müşahidə etsəniz, namizədlər arasında gənclərin üstünlük təşkil etdiyini görə bilərsiniz”.

VəfaYaqublu qeyd edib ki, MİQ müsabiqəsi şəffaf və ədalətli şəkildə keçirilir. İmtahanlar kompüter əsaslıdır, eyni fənn üzrə eyni vaxtda aparılır və suallar standartdır. Hazırda 19 şəhərdə 44 mərkəzdə imtahanlar keçirilir. Cari seansda isə xarici dil müəllimləri iştirak edir:

“Bu günə qədər davamiyyət kifayət qədər yüksəkdir bəzi seanslarda 80-90 % arasında dəyişir və ümumilikdə orta davamiyyət göstəricisi 81 % təşkil edir. Bu da müəllimlərin imtahan prosesinə məsuliyyətlə yanaşdığını göstərir”.

Nigar
“Cebheinfo.az”