Almaniya klubu "Beşiktaş"ın ulduzuna 10 milyon avro təklif edib

Almaniyanın "Borussiya Münhenqladbax" klubu "Beşiktaş"ın ulduzu Milot Raşitza üçün 10 milyon avro təklif edib.
Oxu.Az "SporX"ə istinadən xəbər verir ki, tərəflər arasında danışıqlar müsbət yekunlaşıb.
"Qara-qartallar"ın rəsmiləri futbolçu ilə müqavilə müddətini uzatmaq istəmədikləri üçün gələn təklifi müsbət dəyərləndiriblər.
Qeyd edək ki, "Beşiktaş"la ümumilikdə 41 oyunda meydana çıxan Raşitza beş qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.
"Cebheinfo.az"