Bakıda avtobuslar toqquşdu - FOTOLAR

Bakıda avtobuslar toqquşdu - FOTOLAR

Bakıda yolda hərəkətdə olan iki sərnişin avtobusu qəza törədib. 

“Cebheinfo.az” xəbər verir ki, hadisə bu gün günorta saatlarında “Azadlıq” prospekti 161 ünvanında qeydə alınıb. 

Belə ki, sözügedən ünvandakı dayanacaqda 26 saylı avtobusun 165 saylı avtobusa arxadan dəyməsi nəticəsində birincinin arxa şüşəsi tamamilə qırılaraq tökülüb.

Sərnişinlərə xəsarət dəymədiyi bildirilir.

Xəzər
“Cebheinfo.az”