"Fənərbağça" legioneri ilə müqavilənin müddətini uzadıb

"Fənərbağça" legioneri ilə müqavilənin müddətini uzadıb

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Ceyden Ostervoldenin müqaviləsinin müddətini uzadıb.

​​​​​​"Cebheinfo.az" xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

24 yaşlı niderlandlı müdafiəçinin yeni sözləşməsi 2028-ci ilin yayınadək nəzərdə tutulub.

Bundan əlavə, klubun akademiyasında yetişən Yiğit Efe Demir və Osman Ertuğrul Çetinin müqavilə müddətləri 2029-cu ilin yayınadək artırılıb. O.E.Çetin "Esenler Erokspor"a icarəyə verilıib.

​​​​​​"Cebheinfo.az"