Təyyarə qəzası ilə bağlı ilkin hesabat açıqlanıb

Təyyarə qəzası ilə bağlı ilkin hesabat açıqlanıb

Hindistanda 12 iyun tarixində baş vermiş təyyarə qəzasını aydınlaşdıra biləcək ilkin hesabatın tamamlandığı və həftə ərzində açıqlanacağı bildirilib.

"Cebheinfo.az" xəbər verir ki, Hindistanın NDTV kanalının xəbərinə görə, rəsmilər 12 iyunda bir çox insanın həyatını itirməsinə səbəb olan təyyarə qəzası ilə bağlı açıqlama veriblər.

Hava Qəzaları Araşdırma Bürosu (AAIB) tərəfindən qəzanın səbəbinin araşdırıldığı ilkin hesabatın hazırlandığını bildirən rəsmilər, hesabatın Hindistan Mülki Aviasiya Nazirliyinə təqdim edildiyini qeyd ediblər.

Hesabatın məzmunu ilə bağlı açıqlama verməyən rəsmilər, həmin sənədin həftə ərzində ictimaiyyətə təqdim olunacağını da bildiriblər.

Nigar Hacılı 
"Cebheinfo.az"