Seldən ölənlərin sayı 100-ü ötdü

ABŞ-nin Texas ştatında baş verən sel fəlakəti nəticəsində ölənlərin sayı 104-ə yüksəlib.
"Cebheinfo.az" xəbər verir ki, rəsmilər, 4 iyulda güclü yağışlar səbəbilə baş verən sel fəlakəti ilə bağlı açıqlama veriblər.
Məlumata görə, axtarış-xilasetmə işləri davam etdirilir.
Rəsmilər bildiriblər ki, sel səbəbilə ən çox itki Kerr bölgəsində qeydə alınıb. Burada 28-i uşaq olmaqla 84 nəfər həyatını itirib.
Nigar Hacılı
"Cebheinfo.az"