Dana ətindən dəvə qutabı: Restoranların bahalı fırıldağı

Şimali Makedoniyanın Poloq regionunda blutanq xəstəliyi qeydə alınıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Qeyd edilir ki, respublika ərazisinin bu yoluxucu xəstəlikdən qorunması üçün Poloq regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 150 km radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq AQTA tərəfindən müvəqqəti məhdudiyyət tətbiq edilib.
Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bildirək ki, ölkəmizdə uzun illərdir dəvədən müxtəlif məqsədlərlə istifadə edilir. Azərbaycanda dəmir yolu çəkilənə qədər dəvə əsas yük heyvanı kimi istifadə edilib. Ölkəmizdə istehsal edilən ipək, pambıq, taxıl, neft, duz, şərab və s. məhsullar istər daxili, istərsə də xarici bazardan dəvə karvanları ilə daşınıb.
Dəvədən yükdaşıma vasitəsi kimi hərbi yürüşlər zamanı da istifadə edilib. Bu zaman lazım olan ərzağı və döyüş surastını dəvə ilə daşımağa üstünlük verirdilər. Xalq təbabətində də dəvə məhsulları digər ev heyvanlarının məhsulları ilə müqayisədə daha böyük əhəmiyyət daşıyır.
Dəvə əti bədənə istilik verir, bədən orqanlarını qüvvətləndirir, sarılıq, şəkərli diabet xəstəliklərində təsirli dərman kimi istifadə olunur. Dəvə südü göy öskürək, vərəm, baş ağrısı, mədə-bağırsaq xəstəliklərinin müalicəsində əvəzsiz hesab edilir. Hətta onun südündən hazırlanmış yağdan kosmetik xəstəliklərin müalicəsində istifadə olunur.
Bununla yanaşı, ölkəmizdə dəvə əti də istehlak edilir. Belə ki, bir sıra retoranlarda dəvə ətindən müxtəlif yeməklər təqdim edilir. Ancaq bəzi hallarda istehlakçılar bu ətin heç də hamısının dəvə əti olmadığı, restoranlarda aşbazların digər heyvanların ətinə şəkər tozu qatmaqla “dəvə əti” adı altında müştəriyə təqdim etdiyi deyilir.
Bu gün restoranlarda bu ad alında təqdim edilən həqiqətən dəvə ətidirmi?
Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmraslanov “Cebheinfo.az”-a bildirib ki, ölkəmizdə təmiz dəvə əti verən restoranlar çox azdır:
“Ümumilikdə, 1-2 belə restoran var. Bəzi restoranlarda dəvə əti adı altında nə düzəldirlər bilmirəm. Mal ətindən də dəvə əti düzəltmək mümkündür. Ölkədə dəvə saxlanılır.
Dəvə ətini hazırlamaq üçün aşpaz hər şey edə bilir. Ancaq ümumilikdə dəvə əti var çox bahalıdır. 5 il öncə şəhərdən kənarda, hansı restoranda dəvə əti verildiyini bilirdim, amma artıq bilmirəm”.
O bildirib ki, dəvə ətindən bütün yeməkləri hazırlamaq olur:
“Ondan daha çox qutab, soyutma hazırlanır və bu, bişirəndən asılıdır”.
Nigar Abdullayeva
“Cebheinfo.az”